XƏBƏRLƏR Arxiv 487 Çap et
13.01.2023 / Konfranslar, iclaslar İnstitutun magistrantlarının növbəti fənndən imtahanı keçirildi

Akademik Abdulla Qarayev adına Fiziologiya institutunda 2022/2023-cü tədris ilinin qış imtahan sessiyası davam edir.

Bu gün I kursda təhsil alan magistrantlar üçün fənn müəllimi, b.ü.f.d., Səfixanova Xatirənin tədris etdiyi “İmmun sisteminin fiziologiyası” fənnindən imtahan keçirilib.

Təhsil şöbəsinin əməkdaşlarının müşahidəçi qismində iştirakı ilə keçirilən imtahanın şəffaf və mövcud qaydalara uyğun təşkil olunması üçün bütün müvafiq tədbirlər həyata keçirilib.

Qeyd edək ki, imtahan sessiyası 27 yanvar 2023-cü il tarixinə kimi davam edəcək.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.