XƏBƏRLƏR Arxiv 580 Çap et
13.01.2023 / Görüşlər İ.P.Pavlov adına Fiziologiya İnstitutunun alimləri birgə tədqiqatlar aparmaq məqsədilə Fiziologiya isntitutuna ezam olunublar

13 yanvar 2023-cü il tarixində Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda İ.P.Pavlov adına Fiziologiya İnstitutunun (Sankt-Peterburq), “Görmənin fiziologiyası” laboratoriyasının alimləri ilə görüş keçirilib. Nümayəndə heyətini qəbul edən institutun baş direktoru, professor Ulduz Həşimova bildirib ki, uzunmüddətli elmi əməkdaşlıq müqaviləsi əsasında İ.P.Pavlov adına İnstitutun alimləri Fiziologiya İnstitutuna geniş tədqiqat proqramı ilə gəlmişlər. Görüşdə vizual qavrayışın fiziologiyası, neyroikonika, qocalmanın fiziologiyası, paleoneyroikonika sahələrində perspektivli problemlər üzrə müzakirələr baş tutub. Qrupa rəhbərlik edən professor Yuri Şelepin açıq səma altında Qobustan  muzeyinə səfərindən xatirələri ilə bölüşmüş, muzeydə təqdim olunan materialların öyrənilməsi üçün yeni səfərlərin də nəzərdə tutulduğu bildirmişdir.

Qeyd edək ki, iki institut arasındakı birgə əməkdaşlıq müqaviləsi çərçivəsində İ.P.Pavlov adına İnstitutunun alimləri Fiziologiya İnstitutunun “Görmənin fiziologiyası və neyrodegenerativ proseslər” laboratoriyasında bir müddət elmi tədqiqatlar aparacaqlar.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.