XƏBƏRLƏR Arxiv 496 Çap et
19.01.2023 / Ekspedisiya xəbərləri İnstitutun bir qrup əməkdaşı Qobustana səfər edib

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun təşkilatçılığı ilə institutun əməkdaşları, Professor Yuri Şelepin rəhbərliyi ilə İ.P.Pavlov adına Fiziologiya İnstitutunun “Görmənin fiziologiyası” laboratoriyasının alimlərindən ibarət ekspedisiya üzvləri və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalovun  Qobustana səfəri baş tutub. Səfər tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək, gələcək işgüzar fəaliyyəti əlaqələndirmək məqsədi daşıyırdı.

Səfərin təşkilində institutun baş direktoru, professor Ulduz Həşimova, “Görmənin və neyrodegenerativ proseslərin fiziologiyası” laboratoriyasının rəhbəri, b.e.d., Elmira Pənahova yaxından iştirak ediblər.

Ekskursiya müddətində muzeyin bələdçisi Mezolit, Neolit və bir neçə tarixi dövrlər haqqında məlumatlar verib. Bələdçi Qobustanda qorunub saxlanılan ibtidai icma dövründən başlayaraq, qədim dövr abidələri, rəsmləri, məişət əşyaları, petroqriflərin yaranması, rasional və irrasionlar səbəbləri haqqında, həmçinin, onların bu günümüzə qədər gəlib çıxması və qorunması barədə tarixi sübutlarla məlumatlar verib.

Muzey bələdçisi elektron təsvirlərlə müşayiət olunan mühazirədən sonra qonaqların çoxsaylı suallarını cavablandırıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.