Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, b.e.d., professor Ulduz Həşimova, "Görmənin və neyrodegenerativ proseslərin fiziologiyası" laboratoriyasının rəhbəri biologiya elmləri doktoru, Elmira Pənahova və həmin laboratoriyanın əməkdaşları b.ü.f.d. Xuraman Miryusifova, Arzu Allahverdiyeva, Nigar Huseynova və Kəmalə Cavadovanın həmmüəllifliyi ilə "Зрение Амигдала нейродегенеративные процессы" kitabı dərc olunmuşdur. 559 səhifəlik rus dilində “Elm” nəşriyyatında çap olunan kitabda sensor və emosional beyin strukturlarının klasterində qarşılıqlı əlaqələrin tədqiqinə və bu qarşılıqlı əlaqələrin pozulması ilə yaranan disfunksiyaların təsvirinə həsr edilib. Təqdim edilən məlumatlar neyrodegenerativ disfunksiyaların erkən proqnozlaşdırılmasına kömək edə bilər. Həmçinin eksperimental modellərdə itirilmiş idrak funksiyalarının təbii mənşəli antioksidantlar vasitəsi ilə bərpası yolları neyrodegenerativ xəstəliklərin reabilitasiya və müalicəsi üçün töhfə verə bilər.
Kitab neyrofiziologiya, psixologiya, nevrologiya və oftalmologiya sahəsində mütəxəssislər, universitet və tibb institutlarının tələbələri üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.