XƏBƏRLƏR Arxiv 715 Çap et
24.01.2023 / Görüşlər Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu beynəlxalq elmi əlaqələrini genişləndirməkdədir. İnstitutun baş direktour direktoru, b.e.d., professor Ulduz Həşimovanın rəhbərliyi, “Görmənin və neyrodegenerativ proseslərin fiziologiyası” laboratoriyasının müdiri, b.e.d., Elmira Pənahovanın dəvəti ilə ölkəmizə səfər edən Aİ.P.Pavlov adına Fiziologiya İnstitutunun “Görmənin fiziologiyası” laboratoriyasının alimləri ilə görüş keçirilib. 

Görüşü giriş sözü ilə açan professor U.Həşimova institutda aparılan tədqiqatların müasir vəziyyəti və inkişaf perspektivləri haqqında qonaqlara məlumat verib.

Daha sonra professor Yuri Şelepinin  “Görmə. Qavrayış”  mövzusunda məruzəsi dinlənilib.  

Məruzə seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. 

Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının İ.P.Pavlov adına Fiziologiya İnstitutu (Rusiya, Sankt Peterburq)  ilə “Neyrodegenerativ xəstəliklərin inkişafına psixofizioloji nəzarət və proqnozlaşdırılma modelinin işlənməsi” («Психофизиологический контроль и модель прогнозирования развития нейродегенеративных зaболеваний») mövzusunda 2021-ci ildən müqavilə bağlanıb. Bu müqavilə çərçivəsində İ.P.Pavlov adına Fiziologiya İnstitutunun əməkdaşları birgə tədqiqatların aparılması və neyrotexnologiya, görmənin fiziologiyası və sensor fiziologiya sahəsində yeni diaqnostik metodikalar haqqında mühazirələr oxumaq məqsədilə institutumuza ezam olunub.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir