XƏBƏRLƏR Arxiv 766 Çap et
25.01.2023 / Görüşlər Aİ.P.Pavlov adına Fiziologiya İnstitutunun alimlərinin növbəti seminarı keçirilib

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Aİ.P.Pavlov adına Fiziologiya İnstitutunun “Görmənin fiziologiyası” laboratoriyasının alimlərinin növbəti seminarı keçirilib.

Seminarda “Aytreking-göz hərəkətlərini  izlənilməsi və baxış istiqaməti. Metodlar və tədbiq” mövzusunda çıxış edən psixoloq Yevqeni Yuriyevic neyrodegenerativ xəstəliklərin diaqnostikasında istifadə edilə bilən metodlardan danışıb. Bildirib ki, Alzheymer, Parkinson və Autizm xəstəliklərindən əziyyət çəkən insanların sayının durmadan artması kök hüceyrələrinin reparativ potensialının aşkar edilməsini və bu xəstəliklərin patogenezinin klinikaya qədərki dövrdə təyin edilməsini tələb edir. Оkuloqraf cihazı vasitəsi ilə gözün hərəki reaksiyaları qeydə alınır. Əldə edilən nəticələr bir cox sahələrdə istifadə edilir. Təqdim edilən metodlarla parkinson, şizofreniya kimi xəstəliklərin diaqnostikasında istifadə edilə bilər.

Məruzə seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

.