XƏBƏRLƏR Arxiv 820 Çap et
27.01.2023 / Konfranslar, iclaslar İnstitutda ilk dəfə olaraq İnfraqırmızı beyin skaneri ilə test aparılıb

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Aİ.P.Pavlov adına Fiziologiya İnstitutunun “Görmənin fiziologiyası” laboratoriyasının alimlərinin 26 və 27 yanvar 2023-cü il tarixlərində daha iki seminarı keçirilib.

Seminarda İ.P.Pavlov adına Fiziologiya İnstitutunun alimləri professor Yuri Şelepin və  psixoloq Yevqeni Yuriyeviç bir neçə mövzu ətrafında məruzə ilə çıxış ediblər.  “Diaqnostika və reabilitasiya kompleksi”, “İnfraqırmızı beyin skaneri. Beynin infraqırmızı spektroskopiyası. NIRS. Funksional beyin təsviri fNIRD.Diaqnostik və təhsil problemlərinin həlli”, “Vizokontrastometriya. vizual sistemin məkan ötürmə funksiyalarının ölçülməsi.”, “Gleyer effekti. Gözün optikası ilə işığın səpilməsinin artması”, “İtməkdə olan optotip” mövzularında çıxış edən alimlər neyrodegenerativ xəstəliklərin diaqnostikasında istifadə edilə bilən metodlardan danışıblar. Eyni zamanda neyrotexnologiya, görmənin fiziologiyası və sensor fiziologiya sahəsində yeni diaqnostik metodikalar, tədqiqatlar zamanı istifadə olunan proqramlar  haqqında  seminar iştirakçılarına ətraflı məlumat verilib.

Daha sonra İnfraqırmızı beyin skanerini əyani olaraq nümayiş etdirən psixoloq Yevqeni Yuriyeviç seminar iştirakçıları ilə birgə test aparıb.

Təqdim edilən məruzələr və aparılan test yoxlanışı böyük marağa səbəb olub, bu istiqamətdə müzakirələr aparılıb, suallar cavablandırılıb. 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.