XƏBƏRLƏR Arxiv 777 Çap et
02.02.2023 / Mühüm hadisələr İnstitutda Sabahın alimləri” XII Respublika Müsabiqəsinə hazırlıq prosesi davam edir

Akademik Abdulla Qarayev adına Fiziologiya institutunda 132-134 nömrəli Təhsil Kompleksi şagirdlərinin “Sabahın alimləri” XII Respublika Müsabiqəsinə hazırlıq prosesi davam edir. “Tibb və sağlamlıq” istiqaməti üzrə müsabiqəyə qatılan məktəblilər Babayev Ziya və Seyidov Mirzə institutun “İmmunofiziologiya və eksperimental transplantologiya” laboratoriyasının müdiri, tibb elmləri doktoru, Rəşad Şolan Fərhad oğlunun rəhbərliyi altında Respublika Diaqnostika mərkəzində baş tutan əməliyyatlarda iştirak ediblər. Müsabiqəyə "Azərbaycan populyasiyasında xroniki böyrək xəstələrində böyrək köçürülməsinin effektivliyinin  və həyat keyfiyyətinə təsirinin araşdırılması" mövzusu ilə iştirak hüququ qazanan şagirdlər hazırda böyrək çatışmazlığı olan xəstələrin kliniki-laborator parametrlərinin statistik təhlili əsasında prezentasiya materiallarının toplanması və yığımı istiqamətində işləri davam etdirirlər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.