XƏBƏRLƏR Arxiv 505 Çap et
08.02.2023 / Görüşlər Fiziologiya İnstitutunda Azərbaycan Elm və İnnovasiya Könüllüləri Gənclər Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib

08 fevral 2023-cü il tarixində Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Azərbaycan Elm və İnnovasiya Könüllüləri Gənclər Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə İnstitutun baş direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova, Azərbaycan Elm və İnnovasiya Könüllüləri Gənclər Təşkilatının sədri Cavid Quliyev və hər iki təşkilatın nümayəndə heyəti iştirak edib.

İnstitutun fəliyyət istiqamətləri haqqında məlumat verən U.Həşimova qeyd edib ki, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu gənclərin elmə marağının artırılmasında maraqlıdır və elmə can atan gənclərin fəaliyyətinə hər zaman dəstək olub.

Daha sonra çıxış edən Gənclər Təşkilatının sədri C.Quliyev bildirib: “Bizim də əsas məqsədimiz Azərbaycanda elmin inkişafı və gənclərin elmə marağını artırmaqdan ibarətdir. Fəaliyyətimiz dövründə bur sıra uğurlu layihələr  həyata keçirmişik. Hazırda Mikrobiologiya, Genetik Ehtiyatlar və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutları ilə işləyirik. Fiziologiya İnstitutu ilə birlikdə elmi-təcrübə proqramlarının  həyata keçirilməsinə hazırıq”.

Tədbirin sonunda gənc könüllülərlə fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.