XƏBƏRLƏR Arxiv 730 Çap et
10.02.2023 / Konfranslar, iclaslar “Dayanıqlı inkişaf məqsədləri kontekstində qadınların, qızların və elmin rolu” movzusunda konfrans keçirilib

Bu gün AMEA-nın Rəyasət Heyəti və AMEA-nın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Qadınlar və qızlar elmdə Beynəlxalq gününə həsr edilmiş konfrans keçirilib.

“Dayanıqlı inkişaf məqsədləri kontekstində qadınların, qızların və elmin rolu” mövzusunda keçirilən konfransın əsas məqsədi  qadın və qızların elmi araşdırmalara cəlb edilməsi prosesində mühüm dəyişikliklərin, elm, texnologiya və innovasiyalarda gender bərabərsizliklərinin səbəblərini müəyyənləşdirmək, qadınların və qızların elmi tədqiqatlara cəlb edilməsi üçün fəaliyyət proqramlarının təşkilini təmin etməkdir.

Konfransda iştirak edən Azərbaycan Herontoloqlar Cəmiyyətinin prezidenti, Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının vitse-prezidenti, AR Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fizologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova “Herontoloji araşdırmalar davamlı inkişaf məqsədləri kontekstində” adlı məruzə ilə çıxış edib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.