Fevralın 10-da AR ETN Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının 2023-cü ildə ilk iclası keçirilib. Əvvəlcə Elmi şura üzvləri fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində həlak olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İclası giriş sözü ilə açan institutun icraçı direktoru fizika - riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev gündəlikdəki məsələləri şura üzvlərinin diqqətinə çatdırıb. İlk olaraq qeyd edib ki, Fiziologiya institutu zəlzələ qurbanlarına dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım kampaniyası başladıb. Yardımların bir qismi artıq ünvanına çatdırılıb. İanələrin toplanması prosesi davam edir.
Daha sonra iclasda 2023-cü ildə institutda yerinə yetiriləcək elmi tədqiqat işlərinin əhatəli planının geniş müzakirəsi aparılıb və yekdilliklə qəbul olunub. İnstitutun Elmi Şurasının 2023-cü ilin birinci yarımili üçün iş planı təsdiq edilib.
Daha sonra institutun Gənc Alim və Mütəxəssislər şurasının tərkibinə yeni üzvlərin daxil edilməsi məsələsinə baxılıb və təsdiq olunub.
Bununla da Elmi şuranın 2023-cü ildə ilk iclası öz işini yekunlaşdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.