XƏBƏRLƏR Arxiv 495 Çap et
13.02.2023 / Mühüm hadisələr Fiziologiya institutu Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım aksiyasını davam etdirir

Fevralın 6-sı səhər saatlarında Türkiyənin cənub-şərqində baş verən və genişmiqyaslı dağıntılara, çoxsaylı insan tələfatına səbəb olan zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədi ilə Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun rəhbərliyi başda olmaqla bütün kollektivi həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirlər.

İnstitutun bir qrup əməkdaşının iştirakı ilə Türkiyədə təbii fəlakətdən zərərçəkən insanlara kömək məqsədilə toplanan kişi, qadın və uşaqlar üçün isti geyimlər, qida və digər lazımi avadanlıqları müvafiq toplama məntəqəsinə çatdırılıb. Hazırda zərərçəkənlərə yardım aksiyası davam etdirilir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.