XƏBƏRLƏR Arxiv 669 Çap et
20.02.2023 / Mühüm hadisələr İnstitutda Türkiyə üçün yardım kampaniyası davam edir

 Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu Türkiyə üçün yardım kampaniyasını davam etdirir

 

AR Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları Azərbaycan Belnəlxalq Bankı vasitəsilə Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələdə zərərçəkənlərə yardım və zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) rəsmi fonduna ianə ediblər.

Qardaş Türkiyə xalqına, bu dəhşətli zəlzələnin nəticəsində dünyasını dəyişənlərin doğma və yaxınlarına dərin hüznlə başsağlığı veririk, yaralılara şəfa və səbr diləyirik. İnanırıq ki, qüdrətli Türk Dövləti bu fəlakətdən baş ucalığı ilə çıxacaq. Başın sağ olsun, Türkiyə!