XƏBƏRLƏR Arxiv 693 Çap et
21.02.2023 / Konfranslar, iclaslar İnstitutda “Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin nümayəndə heyəti ilə görüş keçirilib

21 fevral 2023-cü il tarixində Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda “Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova, “Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin direktoru Fuad Həsənzadə və həmin təşkilatın bir qrup mütəxəssisi, İnstitutun “Ekotoksikologiya” laboratoriyasının əməkdaşları iştirak ediblər.

Toplantıda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2007-ci il tarixli 213 nömrəli “Tibbi tullantıların idarə olunmasına dair tələblərin təsdiq edilməsi haqqında” Qərarının təkmilləşdirilməsinə dair təkliflər irəli sürülüb.

Tibbi tullantıların atılması problemindən söz açan professor U.Həşimova bildirib: “Bu problemin həlli ətraf mühitə mənfi  təsirləri  aradan qaldırmağa kömək edəcək təcili tədbirlər tələb edən son dərəcə vacib bir məsələdir. Ölkəmizdə ekoloji sabitliyin qorunmasına yönəlmiş bütün təklifləri dəstəkləyirik”.

Daha sonra gələcək əməkdaşlıq haqqında müzakirələr aparılıb, suallar cavablandırılıb, xatirə şəkillər çəkilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.