XƏBƏRLƏR Arxiv 539 Çap et
23.02.2023 / Konfranslar, iclaslar Fəlsəfə doktoru hazırlığı keçən doktorantların və dissertantların attestasiyası baş tutub

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda “İnsan və heyvan fiziologiyası” və “Biokimya” ixtisasları üzrə fəlsəfə doktoru hazırlığı keçən dissertantların attestasiyası baş tutub.

Attestasiya İnstitutun icraçı direktoru f.-r.e.d., prof. Əhməd Hacıyevin sədrliyi ilə keçib. İnstitutun 7 dissertantı və 2 doktorantı Attestasiya Komissiyası qarşısında ötən il ərzində yerinə yetirdikləri araşdırmalar haqqında təqdimatla çıxış edib, sonra onların fərdi iş planlarında nəzərdə tutulmuş vəzifələri, konfranslarda iştirakı, nəşriyyat fəaliyyətləri müzakirə edilib.

Komissiya üzvləri hər bir dissertantın işinə aid tövsiyyələrini bildirdikdən sonra onların növbəti tədris ilində hazırlıqlarını davam etdirmək haqqında qərar qəbul edilib.  

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.