XƏBƏRLƏR Arxiv 516 Çap et
22.02.2023 / Konfranslar, iclaslar İnstitutun əməkdaşı Fəxri fərmanla təltif edilib

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.

Bu haqqda məlumat verən akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun meneceri Könül İbrahimova bildirib ki, tədbirdə dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin giriş sözündən sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı tarixindən bəhs edən videoçarx nümayiş olunub. 

Tədbirin sonunda isə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına və fəalına fəxri fərman, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib. Tədbir bədii hissə ilə yekunlaşıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.