Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Bakı Dövlət Universitetinin biologiya fakültəsinin IV kurs tələbələri və magistranları “Biologiya” və “Biologiya müəllimliyi” ixtisası üzrə istehsalat təcrübəsinə başlayıblar.
Təcrübə müddətində tələbələrə dünya praktikasında tətbiq olunan metodlar haqqında məlumat verilib. Eyni zamanda tələbələr institutun laboratoriyaları və laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.
İlkin olaraq tələbələr institutun “Görmənin və neyrodegenerativ proseslərinin fiziologiyası”, “Mühit amilləri və analizatorların formalaşması” və “Ekotoksikologiya” laboratoriyalarının elmi seminarlarında iştirak edərək tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərə yiyələnirlər.
Qeyd edək ki, istehsalat təcrübəsi aprelin 19-dək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.