XƏBƏRLƏR Arxiv 533 Çap et
24.02.2023 / Görüşlər Professor Ulduz Həşimova "Akademik Yol" layihəsi çərçivəsində keçirilən görüşdə iştirak edib

Akademik Abdulla Qarayev adına Fiziologiya institutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova Azərbaycan Elm Könüllüləri Gənclər Təşkilatının təşkil etdiyi "Akademik Yol" layihəsi çərçivəsində  keçirilən görüşdə  iştirak edib.

Görüşə dəvət edilən alimlər gənclərə öz elm fəaliyyətlərindən, yaşadıqları çətinliklərdən, çətinliklərlə necə mübarizə apardıqlarından və dövrümüzün imkanlarından bəhs ediblər.

Daha sonra Azərbaycan Elm və İnnovasiya Könüllüləri Gənclər Təşkilatının sədri Cavid Quluyev gənclərimizi səmimi şəkildə salamlayıb və günümüzün imkanlarından və gənclərin elmə marağından bəhs edib.

Çıxışlardan sonra alimlərin iştirakı ilə "Kariobio" mövzusunda müzakirələr aparılıb. Müzakirənin bitməsi ilə gənclərin gələcək hədəfləri, onların müvafiq institutlarda aparılan tədqiqatların istiqamətləri ilə bağlı sualları sualları cavablandırılıb, elm sahəsində gənc tədqiqatçıların əhəmiyyəti vurğulanıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.