XƏBƏRLƏR Arxiv 577 Çap et
07.03.2023 / Konfranslar, iclaslar 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar təbrik edildi

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Həmkarlar Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə institutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev əlamətdar gün münasibəti ilə qadınları təbrik edib. Beynəlxalq Qadınlar Gününün yaranma tarixinə nəzər salan Ə.Hacıyev bu bayramın dünyanın əksər ölkələrində qeyd olunduğu, müasir dövrdə qadınların ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında xüsusi rolu olduğunu vurğulayıb.

Sonra “Hüceyrənin morfofunksional plastikliyi” laboratoriyasının rəhbəri, biologiya üzrə elmlər doktoru Fəxrəddin Əsgərov, “Təbii mənşəli heroprotektorların farmakologiyası” laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Xanağa Babayev qadınları ürək sözləri ilə təbrik edib, onların cəmiyyətdə, ailədə, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında müstəsna rolundan danışıblar.

Sonda institutun qadın əməkdaşlarına bayram münasibətilə hədiyyələr təqdim edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.