Akademik Abdulla Qarayev adına Fiziologiya institutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimova və İnstitutun baş elmi işçisi, biologiya elmləri doktoru Xədicə İsmayılova “Kliniki fiziologiya və patologiya” jurnalının (The Journal of Clinic Physiology & Patology) redaksiya heyətinə üzv seçiliblər.
Qeyd edək ki, “Kliniki fiziologiya və patologiya" jurnalı resenziya olunan tibbi və bioloji jurnaldır. Jurnalda fiziologiya, patologiya, anesteziologiya, oftalmologiya, angiocərrahiyyə, stomatologiya və digər sahələrdə orijinal kliniki və eksperimental məqalələr, icmallar çap edilir. Jurnalın yaxın bir ildə SCOPUS bazasında indeksləşəcəyi nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.