XƏBƏRLƏR Arxiv 719 Çap et
16.03.2023 / Mühüm hadisələr İnstitut əməkdaşının məqaləsi beynəlxalq jurnalda çap edilib

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Hüceyrənin morfofunksional plastikliyi” laboratoriyasının müdiri, professor Fəxrəddin Əskərovun məqaləsi Türkiyədə nəşr olunan Van Baytarlıq jurnalında dərc olunub.

Türkiyə Respublikasının Van şəhərində Yüzüncü Yıl Universitetinin Anatomiya Departamentinin professoru Gamze Çakmak, İstanbul Gelişim Universitetinin Stomotologiya fakultəsinin  Fiziologiya Departamentinin professoru Hüseyin Kradağ və professor Fərxəddin Əskərovun həmmüəllifliyi ilə “Qidada zülal çatışmazlığının qara ciyər toxumasında orda molekullu peptidlərin xüsusiyyətlərinin tədqiqi” mövzusunda çap olunan məqalə ingilis dilində, 7 səhifə həcmindədir.

F.Əskərovun sözlərinə görə aparılan tədqiqatların nəticələri göstərib ki, qara ciyər hüceyrələrində orta molekullu peptidlərin müxtəlif spektirlərinin miqdarı toxumalarda gedən pozğunluqların dərəcəsinin göstəricisi ola bilər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir