Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 31 Mart - Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi anılıb.
İlk olaraq 31 Mart soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra qeyd edilib ki, tarix boyu erməni qəsbkarları vətənimizə və xalqımıza qarşı məkrli addımlar atıb, qırğın və soyqırımıları həyata keçirib. Mart qırğınları zamanı ermənilər təkcə xalqımıza qarşı amansız qətillər, qırğınlar törətməyib, eyni zamanda bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar.
Vurğulanıb ki, bu soyqırımının tanınması və tarixdən silinməməsi istiqamətində ilk dəfə 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" Ümummilli lider Heydər Əliyev "31 Mart Azərbaycanlıların soyqırımı Günü" kimi qeyd olunması üçün xüsusi fərman imzalayıb.
Çıxış edən əməkdaşlar erməni millətçiləri tərəfindən törədilmiş soyqırımların azərbaycanlılara qarşı həyata keçirilən bir qəddar siyasət olduğunu nəzərə çatdırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.