XƏBƏRLƏR Arxiv 705 Çap et
31.03.2023 / Konfranslar, iclaslar Elmi şuranın növbəti iclası keçirilib

Bu gün Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktoru, professor Ulduz Həşimova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Daha sonra Attestasiya komissiyasının  sədr müavini, institutun icraçı direktoru, professor Əhməd Hacıyev instututda təhsil alan elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiya  edilməsi haqqında attestasiya komissiyasının protokolunu Elmi şura üzvlərinin diqqətinə çatdırdı. Bu istiqamətdə geniş müzakirələr aparılaraq doktorant və dissertantların attestasiya  edilməsi haqqında qərar qəbul edildi.

İclasda həmçinin biologiya üzrə fəlsəfə doktoru Əlipənah Hüseynovun müəllifi olduğu “Морфофункциональное развитие нервной системы в норме и в условиях гипоксии” adlı monoqrafiya barədə geniş müzakirələr aparılmış, monoqrafiyanın əlavə rəyə göndərilməsi  haqqında yekdilliklə qərar verilmişdir. Sonda cari məsələlər müzakirəyə çıxarılmış və onların müvafiq həllinə institut rəhbərliyi tərəfindən göstərişlər verilmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.