XƏBƏRLƏR Arxiv 409 Çap et
14.04.2023 / Mühüm hadisələr BDU tələbələrinin Fiziologiya institutunda təcrübəsi başa çatıb

Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin IV kurs tələbələrinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda keçirilən istehsalat təcrübəsi başa çatıb.

Tələbələr institut laboratoriyalarında təcrübə keçdikləri 2 ay müddətində burada aparılan elmi-tədqiqat işləri, müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olub, aparılan elmi-tədqiqat işlərində dünya praktikasında tətbiq olunan metodları mənimsəyiblər.

 Yekun qiymətləndirmədən sonra istehsalat təcrübəsi başa çatıb.

 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.