XƏBƏRLƏR Arxiv 437 Çap et
13.04.2023 / Ekspedisiya xəbərləri İnstitutun bir qrup əməkdaşı Neftçala rayonunda ezamiyyətdə olublar

Laboratoriya şəraitində təcrübə aparmaq üçün eksperimental material əldə elmək məqsədilə akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları Neftçala rayonunda ezamiyyətdə olublar.

10-13 aprel 2023-ci il tarixlərində Neftçala rayonu Kür təcrübə nərə balıqartırma zavoduna ezamiyyətdə “Ekotoksikologiya” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Qriqoriy Palatnikov, aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nüşabə Rəhimova, həmin laboratoriyanın laborantları Sovet Hümbətov və Elcan Qənbərli  iştirak ediblər. Ezamiyyət zamanı balıqlarpın ekoloji və fizioloji durumunun öyrənilməsi üçün lazımi materiallar əldə edilib. Hazırda Fiziologiya İnstitutunda bu materialların analizi həyata keçirilir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.