XƏBƏRLƏR Arxiv 739 Çap et
11.04.2023 / Görüşlər Sarıkök məhlulu vizual yaddaşı bərpa edir

Akademik Abdulla Qarayev adına Fiziologiya institutunun əməkdaşları təcrübə zamanı mühüm nəticə əldə ediblər. İnstitutun "Görmənin  və neyrodegenerativ proseslərin fiziologiyası" laboratoriyasında aparılan tədqiqatların zamanı məlum olub ki, sarıkök (Curcuma Longa L) məhlulu vizual yaddaşı bərpa edir. Belə ki, Alzheimer xəstəliyinin eksperimental modeli yaradılmış heyvanlara sarıkök (Curcuma Longa L) məhlulu verilib. Əldə edilən nəticələrə əsasən məlum olub ki, sarıkök məkan yaddaşının pozulmasına səbəb olan cərrahi olfaktörbullektomiyadan sonra ağ siçovullarda əmələ gələn idrak çatışmazlığına reabilitasiyaedici təsir göstərərək vizual yaddaşı, məkan oriyentasiyasını bərpa edir.

Qeyd edək ki, tədqiqatlarda Morris su labirintindən istifadə edilib. Bu modeldə heyvanların görünməz platformanın yerini unutması məkan yaddaşının itməsinin göstəricisidir. Bulbektomiya edilmiş heyvanlar ilk 7 gündə platformanı uzun bir məşqdən sonra tapırlar. Yalnız 3 aydan sonra siçovullarda koqnitiv funksiyalarda güclü azalma müşahidə olunur, platformanı tapa bilmirlər və Alzheimer xəstəliyinin ekperimental modeli formalaşır.

 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.