XƏBƏRLƏR Arxiv 700 Çap et
27.04.2023 / Görüşlər İnstitutun əməkdaşı "Səhər vaxtı" verilişinin qonağı olub

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun "Görmənin və neyrodegenerativ proseslərin fiziologiyası" laboratoriyası əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Xuraman Miryusifova Xəzər Tv-də yayımlanan "Səhər vaxtı" verilişinin qonağı olub.

Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş verilişdə X.Miryusifova Zərifə xanımın elmi fəaliyyəti haqqında danışıb. Görkəmli alimin həkim kimi gördüyü işlər, tədqiqatçı kimi elmi tədqiqat işləri haqqında məlumat verən X.Miryusifova bildirib ki, 1979-cu ildə Fiziologiya İnstitutunda məhz Zərifə xanımın təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış laboratoriyada olduqca əhəmiyyətli tədqiqatların aparılıb. 1990-cı ildə həmin laboratoriya fəaliyyətini dayandırsa da, 2016-cı ildə İnstititun baş direktoru, professor Ulduz Həşimovanın təşəbbüsü ilə "Görmənin fiziologiyası" yaradıcı qrup yaradılıb, 2021-ci ildən isə həmin qrup əsasında "Görmənin və neyrodegenerativ proseslərin fiziologiyası" laboratoriyası fəaliyyətə başlayıb. Bu gün də həmin laboratoriya biologiya elmləri doktoru Elmira Pənahovanın rəhbərliyi altında Zərifə xanımın ideyalarını davam etdirir. X.Miryusifova qeyd edib ki, Elmira xanım vaxtı ilə Zərifə xanımın ERQ və EOQ kimi elektofizioloji metodların Azərbaycanda ilk dəfə olaraq praktikada tədbiqində birbaşa iştirakçı olub.

 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.