XƏBƏRLƏR Arxiv 481 Çap et
01.05.2023 / Görüşlər İnstitutun baş direktoru Ulduz Həşimova “Heydər zirvəsi 100” diplomu ilə təltif edilib

Bu gün Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun bir qrup əməkdaşının “Qafqaz-Media” İctimai Birliyinin nümayəndəsi ilə görüşü keçirilib.

Görüşdə “Azərbaycan Prezidenti cənab İlham Əliyev 2023-cü ili “Heydər Əliyev İli” elan edilməsi, bu istiqamətdə görülən işlər haqqında danışılıb. Qeyd edilib ki, Ulu öndər Heydər Əliyev elm və təhsilin inkişafını diqqətdən kənarda qoymayıb, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşıb.

Daha sonra institutun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova “Qafqaz-Media” İctimai Birliyinin təsis etdiyi “Heydər zirvəsi 100” diplomu və nişanı ilə təltif olunub. Azərbaycanın Umummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi yubileyi münasibəti ilə dövlətə və dövlətçiliyə sadiq ziyalı nominasiyası üzrə təltif olunan U.Həşimova birliyə öz təşəkkürünü bildirib, gələcəkdə yaradılacaq birgə əmakdaşlıq çərçivəsində müzakirələr aparılıb.

 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.