Mayın 2-də “Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması”nın təşkilatçılığı ilə “Türkiyə və Azərbaycanın ortaq gələcəyi” adlı konfrans keçirilib.
Konfrans “Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması”nın üzvü Öndər Aksoyun moderatorluğu ilə baş tutub.
Tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə eyni vaxta təsadüf etdiyini bildirib. O qeyd edib ki, yüz il bundan əvvəl aparılan mübarizələrdən sonra bugünkü Türkiyə Respublikası güclü inkişaf edib, qardaş ölkədə bütün dünya üçün nümunə olan cümhuriyyət modeli qurulub. Eyni zamanda, yüz il bundan əvvəl anadan olmuş Heydər Əliyevin uğurlu siyasəti nəticəsində müasir Azərbaycan regionda hər kəs üçün nümunəvi dövlətə çevrilib.
Konfransda institutun meneceri Könül İbrahimova, İnstitutun Mülki Müdafiə Qəragahının rəisi, Vətən müharibəsi iştirakçısı, qazi Rüfət Hacızadə və Arzuman Vəliyev iştirak ediblər. Konfransda vurğulanıb ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələrin eyni soykökünə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.