XƏBƏRLƏR Arxiv 652 Çap et
10.05.2023 / Konfranslar, iclaslar İnstitutumuzun əməkdaşı beynəlxalq konfransda iştirak edib

5-6 may tarixlərində Gəncə şəhərində  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müasir Təbiət və İqtisad elmlərinin aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

Konfransda Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Qocalmanın fiziologiyası” laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Zenfira Qədimova  iştirak edib.

Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda institutumuzun elmlər doktorluğu üzrə doktorantları Zenfira Qədimova və dosent Rüstəmova Tükəzban “Fiziologiyanın aktual problemləri” bölməsinə  həmsədrlik etmişlər.  Z.Qədimova “Yaşlı şəxslərdə ürək blokadalarının qocalma tempinə təsiri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə konfrans nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, bu konfrans alimin 2023-cü ildə qatıldığı dordüncü konfransdır. Bundan öncə də Pakistan və Türkiyənin birgə təşkil etdiyi online “International Conference on Recent Trends in Biological Sciences” konfransında (Biological age and its determination in gerontological age groups), Bakı Dövlət Universitetində akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş Konfransında (Azərbaycanda uzunömürlülüyün tədqiqində mühüm fizioloji aspektlər), Bakı Mühəndislik Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransda (Environment and healthy longevity) mövzularında məruzə ilə çıxış edib, sertifikata layiq görülüb.

 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.