Bu gün Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktoru, professor Ulduz Həşimova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Gündəliyə uyğun olaraq, Gənc Alim və Mütəxəssislər Şurasının tərkibində qismən dəyişiklik edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. Professor U.Həşimova Gənc Alim və Mütəxəssislər Şurası üzvlərinin müraciətini Elmi şura üzvlərinin diqqətinə çatdırıb. Bu istiqamətdə geniş müzakirələr aparılaraq Şuranın tərkibində qismən dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.
İclasda həmçinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu Elmi Seminarının fəaliyyəti müzakirəyə çıxarılıb, Pandemiya səbəbindən dayandırılmış elmi seminarların yenidən davam etdirilməsi qərara alınıb.
Sonda cari məsələlər müzakirəyə çıxarılmış və onların müvafiq həllinə institut rəhbərliyi tərəfindən göstərişlər verilmişdir.