XƏBƏRLƏR Arxiv 441 Çap et
17.05.2023 / Konfranslar, iclaslar İnstitutunun əməkdaşı forumda iştirak edib

16-19 may 2023-cü il tarixlərində Mingəçevir şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş forum keçirilib.

 "Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu"nda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirininin müavini Firudin Qurbanov, Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirininin müavini Mogilevsky Konstantin İliç, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Şimali-Qafqaz Federal Universitetinin rektoru Bespalov Dmitriy Nikolaeviç, Azərbaycan Gənclər Fondunun Beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Seymur Hüseynov, Mingəçevir şəhərinin İcra başçısı İlham İsmayılov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) bir qrup gənc tədqiqatçıları iştirak ediblər.

 Forumda Fiziologiya İnstitutunun “İnteqrativ fəaliyyətin molekulyar əsasları” laboratoriyasının elmi işçisi, “Gənc alim və mütəxəssislər” Şurasının sədri Afaq Nurullayeva təmsil edib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridi