XƏBƏRLƏR Arxiv 821 Çap et
22.05.2023 / Konfranslar, iclaslar İnstitutda laboratoriya və şöbə müdirləri ilə iclas keçirilib

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova institutun laboratoriya və şöbə müdirləri ilə iclas keçirib.

İclasda inzibati və elmi məsələlərə dair müzakirələr aparılıb, laboratoriya və şöbələrin qarşılaşdığı problemlər və təkliflər dinlənilib, suallar cavablandırılıb, müzakirəyə çıxarılmış məsələlərin müvafiq həlli ilə bağlı tapşırıqlar verilib.

Sonda 10 iyun 2023-cü il tarixədək laboratoriya və şöbələrin 2023-cü ilin I yarımili üçün hesabatlarını elmi hissəyə təqdim edilməsi haqqında institut rəhbərliyi tərəfindən göstərişlər verilib.

 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.