XƏBƏRLƏR Arxiv 568 Çap et
23.05.2023 / Konfranslar, iclaslar "Gənc alim və mütəxəssislər şurası"nın növbəti iclası keçirilib

Bu gün akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyət planına müvafiq olaraq növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan şuranın sədri Afaq Nurullayeva gündəlikdəki məsələlərlə üzvləri tanış edib.

Gündəliyə uyğun olaraq şura üzvləri arasından şöbələr üzrə məsul şəxslər seçilib, onların öhdəliklərindən danışılıb. Həmçinin, iclas iştirakçılarının 2023-cü ilin I yarımili üzrə fəaliyyətlərinə dair təqdim edəcəkləri hesabatlardan söz açılıb.

Daha sonra 26 iyun - 01 iyul 2023-cü il tarixində Şəkidə təşkil olunacaq Gənclərin İnnovativ İdeya Düşərgəsi haqqında iştirakçılara geniş məlumat verilib, bu tip tədbirlərdə iştiraklarının əhəmiyyəti vurğulanıb. 

Sonda gənclərin təklifləri, qarşılaşdığı problemlər dinlənilib, birgə həlli yolları müzakirə edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.