XƏBƏRLƏR Arxiv 476 Çap et
24.05.2023 / Konfranslar, iclaslar İnstitut əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

23 may 2023-cü il tarixində Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu Qazaxıstan Respublikası Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti ilə birgə dosent V.L.Rabinoviçin anadan olmasının 100 illiyinə həsr olunmuş “Riyaziyyat və təbiət elmləri problemləri” mövzusunda XI beynəlxalq elmi-praktik konfrans keçirilib.

Qazax, rus, ingilis dilləri olmaqla onlayn və oflayn formatda təşkil olunan konfransda Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları "Bioloji fəal maddələrin farmakologiyası“ laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Xanağa Babayev, “Qocalmanın fiziologiyası” laboratoriyasının aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Zemfira Qədimova, “Ontogenezin biokimyası” laboratoriyasının Abiyeva Elnaz və Məmmədxanova Vəfaxanım iştirak ediblər.

Tədbiri Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universitetinin rektoru Erlan Nurlıbekoviç Şulanov giriş nitqi ilə açıb. Universitetin Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı Serqey Vladimiroviç Paşkov və Dendrologiya İnstitutunun baş direktoru, b.ü.f.d., dosent Minarə Həsənova konfransın işinə uğurlar arzulayıblar.

Qeyd edək ki, mütamadi olaraq keçirilməsi planlaşdırılan sözügedən konfransa 125 məqalə qəbul olunub.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.