XƏBƏRLƏR Arxiv 956 Çap et
25.05.2023 / Konfranslar, iclaslar İnstitutun bir qrup əməkdaşı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika Elmi Konfransında iştirak edib

24-25 may 2023-cw il tarixində Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika Elmi Konfransı keçirilib.

"Biologiyanın aktual problemləri davamlı inkişaf kontekstində" mövzusunda keçirilən konfransda Fiziologiya bölməsinə  həmsədrlik Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun "Görmənin və neyrodegenetiv proseslərin fiziologiyası" laboratoriyasının müdiri, biologiya elmləri doktoru Elmira Pənahovaya tapşırılıb.  

Bölmələr üzrə çıxışlarda "Qocalmanın fiziologiyası" laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Zenfira Qədimova, həmin laboratoriyanın aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Natavan Kərəmova, "Hüceyrənin morfofunksional plastikliyi" laboratoriyasının aparıcı elmi işçisi Armilla Əzimova, elmi işçi Maya Sultanova,  b.e.d. Elmira Pənahovanın rəhbərliyi ilə I kurs magistr Könül İsmayılova, II kurs magistr Ləman Abbasova öz tədqiqat mövzuları üzrə məruzə ilə çıxış ediblər.

Məruzələrin hər biri böyük maraqla qarşılanıb və suallar cavablandırılıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.