XƏBƏRLƏR Arxiv 860 Çap et
25.05.2023 / Konfranslar, iclaslar İnstitutun bir qrup əməkdaşının impakt faktorlu jurnalda məqaləsi çap edilib

Bu gün Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Mühit amilləri və analizatorların formalaşması” laboratoriyasında iclas keçirilib.

İclası giriş sözü ilə açan laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev gündəlikdəki məsələlərlə əməkdaşları tanış edib.

Öncə laboratoriyada görülən elmi-tədqiqat işlərinin gedişatı haqqında danışılıb. İclas iştirakçılarının nəzərinə impakt faktorlu jurnalda laboratoriya əməkdaşları Afiq Qazıyev, Gülsüm Abdullayeva, Nərgiz Mahmudova və digərlərinin həmmüəllifliyi ilə çap edilən “New nanometal - containing hepatoprotectors: obtaining and studying biology properties”adlı məqalə haqqında məlumat çatdırılıb.

Daha sonra laboratoriyada fəaliyyət göstərən əməkdaşların 2023-cü ilin I yarimilinə dair hesabatları dinlənilib.

Sonda çıxışlar ətrafında geniş müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib. 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.