XƏBƏRLƏR Arxiv 510 Çap et
29.05.2023 / Konfranslar, iclaslar İnstitutun əməkdaşları beynəlxalq konfransda iştirak edib

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun gənc alimləri 25 may 2023-cü il tarixində “Yüksək faktorlu jurnallarda məqalələrin çapı” adlı beynəlxalq seminarda iştirak ediblər.

Seminarda qeyd olunub ki, müasir dövrdə elmi fəaliyyətin beynəlxalq səviyyədə tanıdılması nöqteyi-nəzərindən impakt faktorlu jurnallarda elmi məqalələrin dərc olunması, beynəlxalq bazalarda qeydiyyat və həmin bazalara məlumatların yüklənməsi vacib amillərdəndir.

Çıxış zamanı beynəlxalq elmi nəşrlərdə məqalələrin dərc edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. İmpakt faktorlu jurnallar və bu jurnallarda məqalənin qəbulu ilə bağlı fundamental məsələlərə toxunulub.

Seminar sonrası institutun gənc alimləri sertifaktla təltif olunub.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.