Akademik Abdulla Qarayev adına Fiziologiya institutunda 2022/2023-cü tədris ilinin yay imtahan sessiyasına start verilib.
Bu gün I kursda təhsil alan magistrantların “Qan sisteminin fiziologiyası” fənnindən imtahan keçirilib.
Təhsil şöbəsinin əməkdaşlarının müşahidəçi qismində iştirakı ilə keçirilən imtahanın şəffaf və mövcud qaydalara uyğun təşkil olunması üçün bütün müvafiq tədbirlər həyata keçirilib.
Qeyd edək ki, yay imtahan sessiyası 03 iyul 2023-cü il tarixinə qədər davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.