XƏBƏRLƏR Arxiv 618 Çap et
01.06.2023 / Yubileylər Qocaman alim Çingiz Qasımovun 75 illik yubileyi qeyd edildi

Bu gün akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda “Qocalmanın fiziologiyası” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Çingiz Qasımovun 75 illik yubileyi qeyd edildi.

Yubilyarı təbrik edən İnstitutun əməkdaşları alimin zəngin yaradıcılığından, Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən, onun insani dəyərlərindən söz açdılar. Eyni zamanda, yaxından tanıyan dostları, həmkarları Onunla bağlı xatirələrini bölüşdü. Qeyd edildi ki, Ç.Qasımov işlədiyi müddət ərzində öz işinə böyük sevgi və rəğbətlə yanaşıb, əməkdaşların dərin hörmətini qazanıb.

Qocaman alim Çingiz Qasımovu 75 illik yubileyi münbasibətilə kollektiv adından təbrik edir, Ona uzun ömür, can sağlığı arzulayırıq.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.