06.06.2023 / Mühüm hadisələrİnstitut əməkdaşları beynəlxalq sertifikatla təltif ediliblər
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun "Ontogenezin biokimyası" laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d., dosent Leyla Qədirova və "İnteqrativ fəaliyyətin molekulyar əsasları" laboratoriyasının elmi işçisi Afaq Nurullayeva Azərbaycan Milli Elmlər Akademiyası və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşlığı çərçivəsində təşkil olunmuş akademik ingilis dili kursunu müvəffəqiyyətlə bitiriblər.
On-line şəklində təşkil olunan kurslarda dərslər ABŞ Nyu-York - Roçester Texnologiya İnstitutunun lektoru Erin Karl tərəfindən tədris edilib. Yaz və payız semestrləri üzrə ümumilikdə 23 həftəlik kursda mütəxəssislər ingilis dili üzrə akademik səviyyədə biliklərə yiyələnmişlər.
Yekun olaraq, 06 iyun 2023-cü il tarixində AMEA-nın Mərkəzi kitabxanasında təşkil olunmuş tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Arif Həşimov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri b.ü.f.d. Esmira Əlirzayeva və Amerika səfirliyinin nümayəndələri iştirakı ilə dərsləri müvəffəqiyyətlə başa vurmuş iştirakçılara sertifikatlar təqdim edilib.