XƏBƏRLƏR Arxiv 735 Çap et
09.06.2023 / Yubileylər İnstitutun elmi katibi Yeganə Bayramovanın 60 illik yubileyi qeyd edildi

Bu gün akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda elmi katib, biologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Oktay qızı Bayramovanın 60 illik yubileyi qeyd edilib.

Yubilyarı təbrik edən rəhbərlik Y.Bayramovanın institutun elmi-ictimai həyatında səmərəli fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Y.Bayramova yüksək mənəvi keyfiyyətlərə, dəyişməz xarakterə malik nadir insanlardan biridir. 

Eyni zamanda institutu əməkdaşları alimin yaradıcılığından, onun insani dəyərlərindən söz açıblar. Qeyd edilib ki, Y.Bayramova işlədiyi müddət ərzində öz işinə böyük sevgi və rəğbətlə yanaşıb, əməkdaşların dərin hörmətini qazanıb. Onun fiziologiya sahəsində əldə etdiyi nailiyyətlərdən danışan əməkdaşlar yubilyarı təbrik ediblər.

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun adından Yeganə Bayramovanı 60 illik yubileyi münbasibətilə ürəkdən təbrik edir, Ona uzun ömür, can sağlığı arzulayırıq.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.