Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun "Ekotoksikologiya" laboratoriyasında monitorinq zamanı əldə olunan qaraciyərin histopatoloji tədqiqatı aparılır. Təcrübə zamanı laboratoriyanın elmi işçisi Aytən Muradova bildirib ki, histopatoloji müayinə aparmaq üçün ilk öncə balıqlardan qaraciyər çıxarılıb, 4% neytral formalinlə fiksasiya edilir. Daha sonra fiksasiya olunmuş qəlsəmələr yüksələn spirt sırasıyla susuzlaşdırılaraq, parafin bloklarına yerləşdirilir. Təcrübənin gedişi zamanı xizək mikrotomunda 7 mikron qalınlığında kəsiklər edilib, ksilol və enən spirt sırasıyla deparafinləşmə aparılır. Sonda hazır preparatlar mikroskop altında öyrənilir.
Tiometoksamin balıqlara təsirini zamanı qaraciyərdə baş verən histopatoloji dəyişiklərlə bağlı təcrübələr davam etdirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.