XƏBƏRLƏR Arxiv 1161 Çap et
21.06.2023 / Mühüm hadisələr İnstitut əməkdaşı beynəlxalq konfransda fəal iştirakına görə sertifikata layiq görülüb

19-20 iyun tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi və ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda beynəlxalq konfrans keçirilib.

Poster məruzə ilə konfransa qatılan institutun əməkdaşları - biologiya üzrə fəlsəfə doktoru Xeybər Məmmədov, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev, biologiya üzrə fəlsəfə doktoru Günel Məmmədova, Aynur Qaflanova, Gülnar Cəfərova və Sevda Vəliyevanın birgə müəllifliyi ilə hazırlanmış 2 tezis təqdim ediblər.

Eyni zamanda X.Məmmədov konfransda şifahi məruzə ilə də çıxış edib.  Təqdimatının böyük marağa səbəb oldunu deyən alim Konfransın aparıcı orqanlarına öz təşəkkürünü bildirib.

Sonda isə geniş müzakirəyə səbəb olan mövzu ətrafında verilən suallar cavablandırılıb, X.Məmmədov “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda beynəlxalq konfransda fəal iştirakına görə II yer sertifikatına layiq görülüb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.