XƏBƏRLƏR Arxiv 1030 Çap et
04.07.2023 / Konfranslar, iclaslar Elmi Şuranın növbəti iclası keçirilib

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. İclasda laboratoriya və şöbə müdirlərinin təqdimatında 2023-cü ilin I yarımili üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyətləri haqqında hesabatları dinlənilib.

Daha sonra institutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev Elmi şuranın 2023-cü ilin II yarımili üçün iş planını iclas iştirakçılarının nəzərinə çatdırıb.

Son olaraq Elmi şuranın tərkibində qismən dəyişiklik edilib və cari məsələlərin müzakirəsi aparılıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.