XƏBƏRLƏR Arxiv 906 Çap et
21.07.2023 / Mühüm hadisələr İnstitut əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda çap olunub

 

Akademik Abdulla Qarayev adına Fiziogiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova, “İmmunofiziologiya və eksperimental transplantologiya” laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Xatirə Səfixanova, “Ekotoksikologiya” laboratoriyasının baş elmi işçisi, tibb üzrə fəsəfə doktoru Aliya Qaysinanın həmmüəllif olduğu məqalə Ukraynanın The Journal of Neuroscience of B.M. Mankovskyi” (“B.M.Mankovski adına Nevrologiya jurnalı”) və Singapurun “International Journal of Clinical Medicine and Bioengineering” (“Beynəlxalq Klinik Tibb və Biomühəndislik Jurnalı”) adlı nüfuzlu juranallarında çap olunub.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının mütəxəssisləri ilə birgə hazırlanan “COVİD-19” xəstələrinin xəstəxanaya yerləşdirilməsi zamanı qan nümunələrinin cins və yaş xüsusiyyətləri” adlı məqalə COVİD-19 xəstələrində bəzi hemotoloji parametrlərin cins və yaş baxımından təhlilinə həsr olunub.

Aparılan tədqiqatın əsas məqsədi COVID-19-a yoluxmuş və xəstəxanaya yerləşdirilmiş insanlarda xəstəliyin erkən mərhələsində qan profilini araşdırmaq olub. Tədqiqat zamanı COVID-19-a yoluxmuş 332 xəstənin hemoqrammalarının retrospektiv təhlilindən istifadə edilib.  Məlum olub ki, daha ağır xəstələrdə limfositlərin və eozinofillərin sayı azalır.

Onu da qeyd etmək lazımdır ki, qan nümunələrinin kliniki dəyəri xəstələrin cinsindən və yaşından asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. Bu isə diaqnoz və xəstəliyin gedişatının qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan vacib amillərdən biridir və xəstələrin müalicəsinin bu parametrlərdən istifadə olunmaqla təyin edilməsi məqsədəuyğundur.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.