XƏBƏRLƏR Arxiv 547 Çap et
18.09.2023 / Ekspedisiya xəbərləri Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova beynəlxalq qurultayda iştirak edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimova 14-16 sentyabr 2023-cü il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində İ.P.Pavlov adına Rusiya Fizioloqlar Cəmiyyətinin XXIV qurultayında iştirak etmək məqsədilə ezamiyyətdə olub. Professorun “Koqnitiv neyroelmlər”  və “Neyrotexnologiyalar və suni intellekt” istiqamətləri üzrə simpoziumda “Beyin yarımkürələrinin funksional asimmetriyasının struktur əsaslarına dair” mövzusunda təqdim etdiyi məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Qurultayda iştirak edən  Rusiya Elmlər Akademiyasının İ.P. Pavlov adına Fizilogiya İnstitutunun direktoru professor Dyujikova Natalya Alekovna və həmin institutun elmi işlər üzrə direktor müavini Moşonkina Tatyana Romulyevna ilə işgüzar görüşlər keçirilib. Sankt-Peterburq Dövlət Elektrotexniki Universitetin prorektoru Kupriyanov Mixayil  Stepanoviç və Pavlov adına Fiziologiya İnstitutunun “Gormə orqanının fiziologiyası” laboratoriyasının müdiri professor Yuriy Yevgenyevic Şelepinlə görüşlərində Ulduz Həşimova fiziologiyanın müasir istiqamətləri üzrə müştərək tədqiqatların perspektivləri haqqqında müzakirələr aparıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.