XƏBƏRLƏR Arxiv 564 Çap et
27.09.2023 / Mühüm hadisələr 27 sentyabr - Anım günü

Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 27 sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib. 

Tədbirdə müzəffər ordumuza, şəhid ailələrinə diqqət və qayğının vacibliyi vurğulanıb, 44 günlük müharibədə və ordumuzun qəhrəmanlığından söz açılıb: “Qarabağda tarixi qələbəmiz, şəhər və kəndlərimizin işğaldan azad edilməsi, Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsini zənginləşdirir. 44 gün davam edən bu müharibədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli əsgərlərimiz 30 ilə yaxın bir zamanda erməni tapdağı altında inləyən torpaqlarımızı işğaldan azad etdi, qaçqın, köçkün, didərgin həyatı yaşayan soydaşlarımızın həsrətinə son qoydu. Bu şanlı Qələbə hərb tariximizə Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan əsgərinin adı ilə yazıldı. 2020-ci il Azərbaycan xalqının həyatına Qələbə ili kimi daxil oldu”. Tədbirdə torpaqlarımızın erməni vandallarından azad edildiyi vurğulanıb, düşmən üzərində əldə olunan şanlı Qələbənin uğurlu daxili və xarici siyasətin, ordu və xalq birliyinin nəticəsi olduğu qeyd edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.