XƏBƏRLƏR Arxiv 534 Çap et
27.09.2023 / Konfranslar, iclaslar “Mühit amilləri və analizatorların formalaşması” laboratoriyasında növbəti iclas keçirilib

Bu gün Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Mühit amilləri və analizatorların formalaşması” laboratoriyasında növbəti iclas keçirilib.

İclas 27 sentyabr – anım günü qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Daha sonra giriş sözü ilə çıxış edən laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev həmin acılı günləri xatırlayaraq bildirib ki, 44 günlük müharibədə çox insan şəhid oldu, itkin düşdü, yaralanaraq sağlamlığını itirdi. Lakin torpaqlarımız bu qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Bu gün yaşadığımız xoşbəxtliyi onlara borcluyuq.

Daha sonra gündəlikdəki məsələlərlə  əməkdaşları tanış edən A.Qazıyev laboratoriyada görülən elmi-tədqiqat işlərinin gedişatı haqqında danışıb. Eyni zamanda laboratoriyada fəaliyyət göstərən əməkdaşların 2023-cü ilə dair hesabata hazırlıqları haqqında fikirlər dinlənilib.

Sonda çıxışlar ətrafında geniş müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib. 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.