XƏBƏRLƏR Arxiv 591 Çap et
20.10.2023 / Ekspedisiya xəbərləri İnstitutun bir qrup əməkdaşı Neftçala rayonunda ezamiyyətdə olublar

Laboratoriyanin planlaşdırılmış təcrübə işinin aparılması məqsədilə balıqların gətirilməsi üçün akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları Neftçala rayonunda ezamiyyətdə olublar.

9-14 oktyabr 2023-cü il tarixlərində Neftçala rayonu Kür təcrübə nərə balıqartırma zavoduna ezamiyyətdə “Ekotoksikologiya” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Qriqoriy Palatnikov, həmin laboratoriyanın laborantları Sovet Hümbətov və Elcan Qənbərli  iştirak ediblər. Ezamiyyət zamanı balıqların ekoloji və fizioloji durumunun öyrənilməsi üçün lazımi materiallar əldə edilib. Hazırda Fiziologiya İnstitutunda bu materialların analizi həyata keçirilir.

 

©Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.